Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda qadın sərnişin kişi sürücünü döyüb - VİDEO

© Sputnik / Vitaly BelousovВодитель за рулем автобуса
Водитель за рулем автобуса - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar

BAKI, 19 mart — Sputnik. Bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun "20 yanvar" stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib.

Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücünü küçə söyüşləri ilə təhqir edərək, ona yumruq zərbəsi endirib. Təhqir və hücumlara reaksiya verməyən sürücü vətəndaşı qanunlara riayət etməyə dəvət edib.

Sürücünün bildirdiyinə görə, həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar. 79 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Xaliq Faiqoğlu " şirkətindən bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.

Xəbər lenti
0