Ov tüfəngi

Şəkidə dəhşətli intihar hadisəsi baş verdi

180
(Yenilənib 10:25 17.03.2018)
Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Şəki rayonunun Şorsu kəndində dəhşətli olay baş verib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, ötən gecə, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizovanın yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub. Güllə onun döş qəfəsini və qarın boşluğunu  dəlib keçib. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.

180
Teqlər:
Şəki Rayon Mərkəzi xəstəxanası, Firəngiz Qalib qızı Əzizova, Şəki rayonu, Şorsu kəndi
Əlaqədar
Şahzadə hava limanında intihar etdi - VİDEO
Rayonda dəhşətli intihar: Gənc öz beynini dağıtdı
Əvvəl arvadını öldürdü, sonra özü intihar etdi
Bakıda qəribə intihar cəhdi: İki dost boğazını kəsdi
Üç uşaq anası intihar etdi
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

6
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

6

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

11
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

11
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

0
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

0