Sürüşmə

Başıbəlalı ərazi yenə sürüşdü, yol bağlandı

766
(Yenilənib 10:10 24.04.2018)
Yaranmış çatların ümumi uzunluğu 10-15 metr olub

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı km-liyində yenidən çökmə meydana gəlib. Bu barədə Sputnik Azərbaycan-ın hadisə yerində olan bölgə müxbiri xəbər verir.

Təhlükəli vəziyyət alan yolun Şamaxı ərazisindən keçən hissəsində asfalt örtüyündə iri çatlar meydana gəlib və avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi yararsız vəziyyətə düşüb. Nəticədə yolun bir hissəsi bağlanıb və bu yolla hərəkət edən insanların narazılığına səbəb olub.

Yaranmış çatların ümumi uzunluğu 10-15 metr olub. Sakinlər bildirirlər ki, yolun keçdiyi ərazi dəfələrlə sürüşməyə məruz qalsa da, istiqamət dəyişdirilmək əvəzinə, yol yenidən həmin ərazidən salınıb.

Qeyd edək ki, hazırda 8 saylı Yol İstismar İdarəsinin əməkdaşları ərazidə iş aparır. Ətaziyə texnika, canlı qüvvə cəlb olunub və problem aradan qaldırılırvə problemin böyük hissəsi aradan qaldırılıb.

Təcil
© Sputnik
Təcil

766
Teqlər:
asfalt örtüyü, Bakı-Şamaxı-Yevlax magistralı, yağıntılı hava şəraiti, sürüşmə, sakin, yol, torpaq
Əlaqədar
Bakıda daha bir sürüşmə, evlər uçub
Sürüşmə zonasında yaşayanlara kirayə pulu verildi – MƏBLƏĞ
Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi açıldı
"Bayıl yamacı" sürüşməyə davam edir
Bayılda iki evin damı çöküb, amma o evlər sürüşmə ərazisində deyil