Heydər Əliyev

Heydər Əliyevin silahdaşı vəfat etdi

2505
(Yenilənib 15:15 15.03.2018)
Bilal Mahmudov 89 yaşında dünyasını dəyişib

BAKI, 15 mart — Sputnik. Sovetlər dönəmində uzun müddət müxtəlif vəzifələrdə çalışmış, həmçinin Ali Sovetin deputatı olmuş Bilal Mahmudov 89 yaşında vəfat edib. Sputnik Azərbaycan enter.news-a istinadən xəbər verir ki, mərhum prezident Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi tanınan Bilal Mahmudov ölümünə qədər də ölkənin ictimai həyatında özünün aktivliyi ilə seçilib.

Ali Sovetin deputatı olmuş Bilal Mahmudov
© Photo : ENTER
Ali Sovetin deputatı olmuş Bilal Mahmudov

Xatırladaq ki, 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuş Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və məhz, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə şəxsən onun təşəbbüsü ilə Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Ali Sovetin deputatı olmuş Bilal Mahmudov və Heydər Əliyev
© Photo : PUBLIC DOMAIN
Ali Sovetin deputatı olmuş Bilal Mahmudov və Heydər Əliyev

Bilal Mahmudov dövlət qarşısındakı xidmətlərinə görə orden və medallarla təltif olunub. Ötən müddət ərzində Heydər Əliyevlə bağlı xatirələri dövrü mətbuatda dərc edilib.

2505
Teqlər:
Bilal Mahmudov, sovetlər dönəmi, Ali Sovet, Heydər Əliyev, vəzifə
Əlaqədar
Azərbaycanın tanınmış diktoru vəfat etdi
Azərbaycanın tanınmış bəstəkarı vəfat edib
Milyonların sevimlisi qəflətən vəfat edib
Azərbaycanda yüksək vəzifəli şəxs vəfat edib
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

3
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

3

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

10
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

10
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir

0
(Yenilənib 19:44 19.01.2021)
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.

Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.

Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.

0