Dövlət Təhlükəsizliyi Xidməti

Dövlət Təhlükəsizliyi Xidməti böyük cinayətin qarşısını aldı

610
(Yenilənib 12:46 15.03.2018)
Azərbaycanda orqan alveri ilə məşğul olan saxlanılıb

BAKI, 15 mart — Sputnik. Dövlət Təhlükəsizlik Xidməti (DTX) insan orqanı alveri ilə məşğul olan dəstəni ifşa edib, bir nəfər həbs olunub. Bu barədə Sputnilk Azərbaycan-a DTX-nın İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, insan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılır.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb. Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

610
Teqlər:
Vahid Xudatov, insan orqanı alveri, DTX, Dövlət Təhlükəsizlik Xidməti
Əlaqədar
Özünü DTX-nin rəsmisi kimi təqdim edən şəxs tutuldu
DTX Bakı Beynəlxalq Hava Limanında əməliyyat keçirib, tutulanlar var
DTX: Azərbaycan banklarından pul oğurlayan haker ölkəyə ekstradisiya edilib
DTX əməliyyat keçirdi, casus həbs edildi
Bərdə raket mərmisi yağışı altında: Şəhərin infrastrukturu darmadağın edilir – video

Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb - Baş Prokurorluq

108
(Yenilənib 15:13 28.10.2020)
Kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

BAKI, 28 oktyabr - Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda həmçinin bildirilir ki, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

108
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib – video
Ermənistan Tərtərdən sonra Bərdəni raketlə dağıtmağa cəhd edir - rəsmi
Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb
Baş Prokurorluq

Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb

90
(Yenilənib 14:48 28.10.2020)
Bu gün saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr — Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Sputnik Azərbaycan Baş Prokurorluğa istinadla xəbər verir ki, zərbə nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

90
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

0
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

0