Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rayonda dəhşətli intihar: Gənc öz beynini dağıtdı

© Sputnik / Rahim MuradovPolis Şöbəsinin növbətçi hissəsi
Polis Şöbəsinin növbətçi hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
O, hadisə yerində dünyasını dəyişib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Dünən Şabran rayonunda intihar hadisəsi qeydə alınıb. Hadisə gecə saat 03.00 radələrində, Şabranın Gəndov kəndinə baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü İbrahimov Müşviq Mənsur oğlu yaşadığı evdə ov tüfəngi ilə baş nahiyəsindən atəş açaraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib.

Hazırda 25 yaşlı gəncin hansı səbəbdən intihar etməsi araşdırılır.

Xəbər lenti
0