Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həmyerlimiz güllələnərək qətlə yetirilib - "Abxaz işi"

CC0 / Skitterphoto / GunПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmənin qərarından narazı qalan kişi oğlunun anasını güllələyib

BAKI, 12 mart — Sputnik. Martın 11-də gənc qadın Gülgəz Məmmədova Abxaziyanın Suxumi şəhərinin Aiaaira prospektində öldürülüb. Bu barədə Sputnik Azərbaycan-a Abxaziyanın hüquq-mühafizə orqanlarından məlumat verilib.

Мужчина душит женщину, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda oğul anasını xüsusi qəddarlıqla qətlə yetirib

"Qatil hansısa Viktor Canba, qurban isə Məmmədovadır. Günahkar müəyyən edilərək saxlanılıb" — deyə mətbuat xidmətindən bildiriblər.

Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, qatil odlu silahdan istifadə edib. Hadisənin baş verdiyi yerdən 7.62 millimetr kalibrli "Kalaşnikov" avtomatı və boş gilizlər tapılıb.

Əvvəllər, 2015-ci ilin 24 iyulunda Suxumi şəhər məhkəməsinin hakimi Orxan Çediya Gülgəz Məmmədovanın Viktor Canbaya qarşı qaldırdığı onların azyaşlı oğlunun yaşayış yeri ilə təmin edilməsi və anası ilə qalması barədə iddianı təmin edib. O vaxta qədər Məmmədova və Canbanın birgə nikahdan doğulan oğlu atası ilə yaşayırmış. Məhkəmənin oğlu anaya verməsi barədə qərarı Canbanı qəzəbləndirib və o, keçmiş arvadını öldürmək qərarına gəlib.

Suxumu prokurorluğu Canbaya qarşı "adam öldürmə" və "qanunsuz silah əldə etmə və saxlama" maddələri ilə cinayət işi qaldırıb.

Əldə etdiyimiz məlumata görə, 11 mart 2018-ci ildə saat 14:30 radələrində Suxumunin Aiaaira prospektindəki 117 nömrəli evdə, 1978-ci il təvəllüdlü Viktor Canba məişət mübahisəsi zəminində, 1987-ci il təvəllüdlü Gülgəz Məmmədovaya odlu silahdan atəş açıb. Sonuncu aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Gülgəz Məmmədovanın azərbaycanlı olduğu bildirilir. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmanı davam etdirir.

Xəbər lenti
0