Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda kriminal avtoritetin evi qarət olunub, silah-sursat oğurlanıb

© Photo : APAOğurlanan silah-sursat
Oğurlanan silah-sursat - Sputnik Azərbaycan
Abunə olmaq
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silah-sursat aşkar edilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Masallı polisi silah-sursat oğurlayan şəxsi saxlayıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Masallı Rayon Polis Şöbəsindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib ki, 14 yanvar 2018-ci il tarixdə Masallı rayonunun Səmidxan kənd sakini Pərviz Səmədov oğurluq məqsədilə öz həmkəndlisi, kriminal aləmdə "Axsaq Ceyhun" adı ilə tanınan Ceyhun Kərimova məxsus yaşayış olamayan evə qanunsuz yolla daxil olub.

© Sputnik / Rahim MuradovPərviz Səmədov
Pərviz Səmədov  - Sputnik Azərbaycan
Pərviz Səmədov

Pərviz Səmədov "Axsaq Ceyhun"un evindən 1 ədəd "Kalaşnikov" AKSM markalı avtomat, 1 ədəd RQD-41, 4 ədəd F-1 markalı əl qumbarası (alışdırıcısı ilə bir yerdə), 1 ədəd siqnal tapançası, 3 ədəd, içərisində ümumilikdə 81 ədəd patron olan avtomat darağını oğurlayıb və dayısına məxsus həyətdə olan yarımtikilidə basdıraraq gizlədib.

© Sputnik / Rahim Muradov“Axsaq Ceyhun” ləqəbli Ceyhun Kərimov
“Axsaq  Ceyhun” ləqəbli Ceyhun Kərimov - Sputnik Azərbaycan
“Axsaq Ceyhun” ləqəbli Ceyhun Kərimov

Masallı RPŞ-nin əməkdaşları istintaq əməliyyat tədbirlərinin davamı olaraq məhkəmə qərarı əsasında Ceyhun Kərimova məxsus evdə axtarış aparıblar. Axtarış zamanı oradan içərisində 30 ədəd 5.45 kalibrli güllə olan 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb. P.Səmədov və C.Kərimov saxlanılıb və onlar törətdikləri əməli etiraf ediblər. Hazırda cinayət işi üzrə istintaq aparılır.

Xəbər lenti
0