Qəzet

Azərbaycanda tanınmış jurnalist, baş redaktor faciəli şəkildə dünyasını dəyişdi

945
(Yenilənib 15:34 02.03.2018)
Həyat yoldaşı onun cəsədini hamam otağında tapıb

BAKI, 2 mart — Sputnik. Bu gün saat 14:00 radələrində Azərbaycanın tanınmış hüquqşünası, yazıçı və jurnalisti, 1958-ci il təvəllüdlü Əyyub Kərimov dəm qazından zəhərlənərək ölüb. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əyyub Kərimov
© Photo : Femida
Əyyub Kərimov

Məlumata görə, Kərimovun cəsədini həyat yoldaşı yaşadığı mənzilin hamam otağından tapıb. Əyyub Zakir oğlu Kərimov "Femida 007" (əvvəllər "Femida") qəzetinin təsisçisi və baş redaktoru olub.

O, Qax rayonunun İlisu kəndində anadan olub. Dəfələrlə Milli Məclisə keçirilən seçkilərdə 112 saylı Qax seçki dairəsindən namizədliyini irəli sürüb. O, fəal ictimaiyyətçi, hüquqşünas və mediada imzası tanınan şəxslərdən biri idi. 

945
Teqlər:
Əyyub Kərimov, hüquqşünas, yazıçı, Azərbaycan, jurnalist
Əlaqədar
Ərdoğan jurnalisti sual verməyinə peşman etdi
Tanınmış jurnalistin ölümündən 1 il keçdi
Daha bir jurnalisti itirdik
Döyüş bölgəsində jurnalist yaralandı
Azərbaycanda jurnalist evinə gələndə şoka düşüb: Cinayət və qan...
Qadın, arxiv şəkli

Kafeyə "dəm-dəstgah"la gedən qadını soydular

22
550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin qadın olduğu müəyyən edilib

 

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı araşdırma aparılır.

22
Beyrutda partlayış

Minlərlə insanın yaralanmasına 78 nəfərin ölümünə məsuliyyətsizlik səbəb olub

57
(Yenilənib 08:21 05.08.2020)
Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

BAKI, 5 avqust - Sputnik. Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, partlayış zamanı, həmçinin 4 minədək insan xəsarət alıb.

Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

Bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib. Həmin yükün Afrika ölkələrindən birinə məxsus olduğu bilinir.

ABŞ prezidenti Donald Tramp isə Livanın paytaxtı Beyrutda onlarla insanın ölümünə, eləcə də böyük dağıntılara səbəb olan güclü partlayışın “dəhşətli bir hücum”a bənzədiyini deyib.

57
Arxeoloji qazıntılar, arxiv şəkli

Gözlənilməz "kömək"! Sel suları Şamaxıda antik dövrə aid nekropolu üzə çıxardı

0
(Yenilənib 19:10 05.08.2020)
Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndi antik və ilk orta əsrlər dövrlərinə aid abidələrlə zəngindir. Vaxtilə burada Qalacıq yaşayış yeri, antik və ilk orta əsrlər dövrünə aid nekropollarda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılıb.

BAKI, 5 avqust — Sputnik. Bir neçə gün öncə yağan güclü yağış nəticəsində yaranan sel suları Şamaxı rayonu Quşçu kəndi ərazisində antik dövrə aid nekropolun aşkar olunmasına səbəb olub.

Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məlumat verib.

O bildirib ki, sel suları kənd sakini Namiq Mustafayevə məxsus həyətyanı sahədə qədim qəbirlərin üzərini açıb. Kənd sakini bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji Ekspedisiyasının rəisi Akif Quliyev və rayon üzrə abidə mühafizəçisi Yasin Nuriyev əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, sel suları nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin yamac hissəsində 9 qəbir üzə çıxıb. Torpaq qəbirlərin üzəri iri sal daşlarla bağlanıbmış. Qəbirlər torpaq səthindən 1,5-1,8 metr dərinlikdə yerləşir.

"Ərazidə aparılan araşdırmalar nəticəsində 10 ədəd müxtəlif ölçülü və biçimli saxsı məmulatlar, saxsıdan olan fiqurlar - bütlər, qrifon, heyvan fiqurları (at, qoç), metal pullar aşkar olunub. Tapıntılar arasında quş başlı insan fiqurlar böyük maraq doğurur. Bu tip qrifonlar Qədim Misirdə müdriklik və elm ilahəsi Totu səciyələndirirdi", -deyə F.Hüseynov qeyd edib.

Qurumun rəsmisi əlavə edib ki, qəbir kamerasından aşkar edilmiş numizmatika materialları nekropolun b.e. I əsrinə aid olduğunu təsdiqləyir. Abidədə aparılacaq arxeoloji tədqiqat işləri bir çox mətləblərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndi antik və ilk orta əsrlər dövrlərinə aid abidələrlə zəngindir. Vaxtı ilə burada Qalacıq yaşayış yeri, antik və ilk orta əsrlər dövrünə aid nekropollarda geniş miqyaslı arxeoloji tədqiqat işləri aparılıb.

0