Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Narkoloji xəstənin qardaşı: "Nə ölüsünü tapa bilirik, nə dirisini" - VİDEO

© REUTERS / Aziz KarimovYanğın baş verən ərazidə polis
Yanğın baş verən ərazidə polis - Sputnik Azərbaycan
Abunə olmaq
"Qardaşımı nə xəstəxanalarda tapa bilirik, nə də sağ çıxarılanlar arasında"

BAKI, 2 mart — Sputnik. Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Hadisə yerində 25 nəfər dünyasını dəyişib, 200 yaxın insan xilas edilib.

Hadisə zamanı dispanserdə olan xəstələrin qohumları onları axtarmağa başlayıb. Xəstələrin yaxınları Pataloji Anatomiya Bürosuna üz tutub.

Sputnik Azərbaycan Bizimyol-a istinadən xəbər verir ki, Eldəniz Cavadov qardaşı Nizami Cavadov haqqında heç bir xəbər olmadığını bildirib. Onun sözlərinə görə, qardaşını nə xəstəxanalarda tapa bilirlər, nə də sağ çıxarılanlar arasında.

"Qardaşımı heç yerdə tapmadıq. Güman edirik ki, ölənlər arasındadır. Baş həkimin çıxmağını və bizə verəcəyi xəbəri gözləyirik", — E.Cavadov bildirib.

Xəbər lenti
0