Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yanğın həyəcanı

© Sputnik / Murad OrujovСотрудники противопожарной службы МЧС Азербайджана, фото из архива
Сотрудники противопожарной службы МЧС Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yüksək temperaturdan sexin lambirdən ibarət tavanı 200 m² sahədə əriyib

BAKI, 1 mart — Sputnik. Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 800 m² olan şirniyyat sexində sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yüksək temperaturdan sexin lambirdən ibarət tavanı 200 m² sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0