Xızı rayonunun girişi. Arxiv şəkli

Qubadan sonra Xızı: Bu bölgədə nələr yaşanır?

533
(Yenilənib 14:19 28.02.2018)
Yaşlı kişi ağrılara dözməyərək intihar edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Azərbaycanda 72 yaşlı kişi özünə qəsd edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən Xızı rayonunda baş verib.

Rayon sakini, 72 yaşlı Qüdrət Məhəmməd oğlu Cabbarov özünü yaşadığı evin mətbəxinin qapısından asaraq həyatına son qoyub. İlkin ehtimala görə, Q.Cabbarovun özünə qəsd etmə səbəbi bir neçə xəstəlikdən, əsasən də prostat vəzi xəstəliyindən əziyyət çəkməsi olub.

Son günlər ağrıları daha da artıbmış. Onun ağrılara dözməyərək özünü asdığı ehtimal olunur.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Quba rayon sakini də prostat xəstəliyindən əziyyət çəkdiyi üçün özünü qatarın altına ataraq intihar etmişdi.

533
Teqlər:
Xızı rayonu, özünə qəsd, kişi, intihar, xəstəlik
Əlaqədar
Əvvəl arvadını öldürdü, sonra özü intihar etdi
Sumqayıtda dəhşətli intihar: Özünü 14-cü mərtəbədən atdı
Bakıda qəribə intihar cəhdi: İki dost boğazını kəsdi
Üç uşaq anası intihar etdi
Sahə müvəkkili müəmmalı şəkildə intihar edib
Bakıda inanılmaz intihar cəhdi - Özünü öldürmək üçün iynə uddu
 Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

22
(Yenilənib 20:38 15.01.2021)
Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

22
Охотничья винтовка типа Винчестер, архивное фото

Ata oğlunu güllələyib: "Onu öldürmək fikrim olmayıb"

31
(Yenilənib 14:24 15.01.2021)
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.

Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.

Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.

Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.

31

Həftəsonları yenə piyadayıq

0
Yanvarın 18-dən etibarən ölkə ərazisində karantin rejiminin müəyyən yumşaldılması olacaq: sms icazələr ləğv olunacaq, bir müddət sonra müəyyən sahələr fəaliyyətə başlayacaq. Amma ictimai nəqliyyatın həftəsonu hərəkətinə qoyulan məhdudiyyət götürülmür

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar