Quba rayonunun girişi

Küçələrdə leşlər, ətrafda qan üfunət - Qubada baş verir?

1557
(Yenilənib 18:23 27.02.2018)
Mərkəzi küçələrdə öldürülən itlərin leşləri günlərlə vuralan yerlərdə qalır və ətrafı xoşagəlməz qoxu bürüyür

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Ölkəmizin hər tərəfində sahibsiz heyvanlara rast gəlmək mümkündür. Sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılmasına baxmayaraq, hələ də onların öldürülməsi hallarına rast gəlinir.

Bu heyvanların öldürülməsi isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Vətəndaşların bəziləri belə heyvanların öldürülməsinin tərəfdarı olsa da, əksəriyyət buna qarşıdır və heyvanların öldürülməməsini tələb edir.

Qubanın mərkəzi küçələrindən birində it leşi
© Sputnik / Leyla Abdullayeva
Qubanın mərkəzi küçələrindən birində it leşi

Bu günlərdə Quba rayonunda bir neçə sahibsiz küçə itinin avtomobillə vurularaq öldürülməsi və günlərlə küçələrdə qalması rayon sakinlərinin etirazına səbəb olub. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan qubalıların sözlərinə görə, mərkəzi küçələrdə öldürülən itlərin leşləri günlərlə vuralan yerlərdə qalır və ətrafı xoşagəlməz qoxu bürüyür. Bu da öz növbəsində müxtəlif xəstəliklərin yaranmasına yol açır.

Rayon sakini Sevinc Ağasiyeva sahibsiz heyvanların öldürülməsini insanlığa sığmayan hərəkət kimi qiymətləndirir və aidiyyatı qurumları belə halların qarşısının alınması üçün tədbirlər görməyə çağırır: "Dünyanın hər yerində, demək olar ki, sahibsiz heyvanlar var. Bu, o demək deyil ki, onların hamısı öldürülməlidir. Onlar üçün sığınacaqlar yaradılır və orada yaxşı şəraitdə saxlanılması təmin edilir".

"Ölkəmizdə isə bu cür sığınacaqlar çox azdır. Bəzən itlər quduz olub-olmadıqları yoxlanılmadan tələf edilirlər. Bu da insanlığa sığmayan hərəkətdir", — deyir S.Ağasiyeva.

Qubanın mərkəzi küçələrindən birində it leşi
© Sputnik / Leyla Abdullayeva
Qubanın mərkəzi küçələrindən birində it leşi

Məsələ ilə bağlı Qubar Rayon Baytarlıq İdarəsindən münasibət öyrənmək istəsək də, dəfələrlə etdiyimiz cəhdlər nəticəsiz qaldı.

1557
Teqlər:
Sevinc Ağasiyeva, sahibsiz heyvan, sığınacaq, ölkə, dünya, sakin, it
Əlaqədar
Sahibsiz it daha bir uşağı parçaladı
Böyük müəmma: dənizdə sahibsiz borular aşkarlandı
Sahibsiz heyvanlarla bağlı həyəcan təbili çalındı
Sahibsiz tikilidən boylanan on bir adam
Şəkidə sahibsiz itlər insanlara hücum edir
Kəndir, arxiv şəkli

Tovuzda 20 yaşlı tələbə intihar edib

299
(Yenilənib 10:06 20.04.2021)
İntihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

BAKI, 19 aprel - Sputnik. Tovuz rayonunda 20 yaşlı gənc intihar edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, intihar edən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini, 2001-ci il təvəllüdlü Paşa Mehdiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

P.Mehdiyev özünü asaraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

299

Boyük Şorda dəhşətli qəza: Ana azyaşlı oğlu öldü, yaralılar var

23
Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb.

BAKI, 19 aprel - Sputnik. Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.

Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

23
İstanbula mənzərə, arxiv şəkli

Türkiyədən Fransa Yunanıstana sərt xəbərdarlıq

0
(Yenilənib 16:19 20.04.2021)
Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin ünsürlərinin lazımi cavabı vermə haqqının olması mesajı xüsusilə çatdırılıb.

BAKI, 20 aprel — Sputnik. Fransa və Yunanıstanın Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Türkiyə xəbər verir ki, Türkiyə Aralıq dənizindəki sərhədinin pozulması ilə bağlı diplomatik yolla reaksiya vermək qərarı alıb.

XİN-ə dəvət olunan Yunanıstanın səfiri Michael-Christos Diamessis ilə Fransa səfiri Herve Magro ilə üz-üzə baş tutan görüşlərdə onlara sərt şəkildə etiraz edilib. Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin ünsürlərinin lazımi cavabı vermə haqqının olması mesajı xüsusilə çatdırılıb.

Qeyd edək ki, ötən şənbə günü bölgəyə göndərilən Türkiyə freqatı həm Fransanın araşdırma gəmisinə, həm də Yunanıstanın "Elli" adlı freqatına bölgəni tərk etməsinə dair xəbərdarlıq edib. Xəbərdarlığın ardından hər iki gəmi bölgəni tərk edib.

 

0
Teqlər:
Aralıq dənizi, xəbərdarlıq, Yunanıstan, Fransa, Türkiyə