Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir neçə rayon ərazisində oğurluq edənlər saxlanıldı

© Sputnik / Rahim MuradovSaxlanılan şəxslər
Saxlanılan şəxslər - Sputnik Azərbaycan
Abunə olmaq
Masallı rayon sakinləri Fərəcov Fərhad, İsmayılov Xəlil və Neftçala rayon sakini Quliyev İsa saxlanılıblar

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə rayon ərazisində oğurluq törədən şəxslər saxlanılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan əldə etdiyi məlumata əsasən, Masallı rayonu Xırmandalı kənd sakini Şəmsəddin Qasımov DİN-in "102" mərkəzinə və Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus mağazanın qapısını sındırmaqla oradan 150 manat pul oğurlanıb. Masallı polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Fərəcov Fərhad, İsmayılov Xəlil və Neftçala rayon sakini Quliyev İsa saxlanılıblar.

Məlum olub ki, saxlanılan şəxslər, həmçinin fevralın 9-da gecə saatlarında Masallı rayonu Babaser kənd sakini Mais Ağayevə məxsus təmir sexindən elektrik avadanlıqlarını, fevralın 17-də isə rayon ərazisində "Kamaz" markalı yük avtomobilindən 2 ədəd akkumlyatoru və digər təmir sexindən 15 ədəd su nasosu motorlarını oğurlayıblar. Cinayətlərini davam etdirən həmin şəxslər sonrakı 2 gün ərzində gecə saatlarında Masallı rayonu ərazisində daha üç "Kamaz" markalı avtomobildən ümumi sayı 6 ədəd olmaqla akkumlyator oğurlayıblar. Onlar ətrafında aparılan əməliyyat tədbirləri zamanı digər rayon ərazisində etdikləri oğurluqlar da üzə çıxıb. F.Fərəcov və İ.Quliyev Neftçala və Salyan rayonlarının ərazisində də oğurluq etdiklərini etiraf ediblər. Onlar həmin rayonların ərazisində 7 "Kamaz"dan 14 ədəd akkumlyatoru oğurlayaraq paytaxta aparıb satdıqlarını bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Xəbər lenti
0