Jurnalist

Daha bir jurnalisti itirdik

167
(Yenilənib 13:25 12.02.2018)
İTV-nin aparıcısı Kamran İsrfailov vəfat edib

BAKI, 12 fevral — Sputnik. Azərbaycanda daha bir jurnalist dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər veri ki, "İctimai Televiziya və Radio Yayımları Şirkəti"-nin əməkdaşı, aparıcı Kamran İsrafilov vəfat edib. Həmkarlarının verdiyi məlumata görə, jurnalist ürək tutmasından ölüb.

Qeyd edək ki, Kamran İsrafilov İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. O, "Əbədi ezamiyyət" sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb. Kamran İsrafilov, həmçinin yeni yaradılan Uşaq Teatr-Studiyasının rejissoru olub. 2016-cı ildə Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

Xatırladaq ki, K.İsrafilov 1979-cu il təvəllüdlü olub.

167
Teqlər:
Kamran İsrfailov, aparıcı, Azərbaycan, jurnalist
Əlaqədar
Döyüş bölgəsində jurnalist yaralandı
Azərbaycanda jurnalist evinə gələndə şoka düşüb: Cinayət və qan...
Əli Həsənov: "Prezidentin media siyasətindən hansı jurnalist müstəqilliyini itirib?"
Jurnalistin ölümü ilə bağlı baş prokurora müraciət edildi
Jurnalist xanım Gəncədə dəfn edildi
Azərbaycanda daha bir tanınmış jurnalist vəfat edib