Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 9 fevral — Sputnik. Bakı məktəblərindən birində ağlasığmaz hadisə baş verib. Belə ki, yetkinlik yaşına çatmayan uşaqları narkotik və psixotrop maddələrdən istifadəyə cəlb edən şagird aşkarlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib. Baş vermiş hadisə ilə bağlı polisə 138 saylı orta məktəbin direktor müavini, 1975-ci il təvəllüdlü Əhmədova Bikə Elsevər qızı məlumat verib.
O bildirib ki, 2002-ci il təvəllüdlü 10-cu sinif şagirdi T.Qasımov (istintaq maraqlarına görə ad açıqlanmır — red.) öz sinif yoldaşlarına güclü təsir edən psixotrop maddə satır. Bu barədə Əhmədovaya Qasımovun sinif yoldaşları məlumat veriblər.
Hazırda Xətai Rayon Pilos İdarəsinin 34-cü bölməsində faktla bağlı araşdırma aparılır. Yeniyetmə hələlik saxlanılmayıb. Hazırda polis məktəblinin psixotrop maddələri haradan, hansı həcmdə əldə etdiyini və onun nə qədərini satdığını araşdırır.
Polis, həmçinin bildirib ki, sözügedən maddə apteklərdə həkim resepti əsasında satılır. Hazırda faktla bağlı araşdırma davam edir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.