Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mingəçevirdə müəmmalı hadisə baş verib

© Sputnik / Murad OrujovАвтомобиль дорожно-патрульной службы в Баку, фото из архива
Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc qadın YPX avtomobili ilə xəstəxanaya çatdırılıb

BAKI, 7 fevral — Sputnik. Mingəçevir şəhərində gənc qadın müəmmalı şəkildə ölüb. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında şəhərin  "Günəşli" yaşayış massivində baş verib.

Hələlik adı məlum olmayan 26 yaşlı qadın kirayə yaşadığı evdə huşunu itirib. Bunu görən əri dərhal küçəyə çıxıb və Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarından kömək istəyib.

Gənc qadın YPX avtomobili ilə xəstəxanaya çatdırılıb. İlkin müayinələr zamanı qadının öldüyü məlum olub. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti
0