Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda şagird dərs vaxtı müəllimini bıçaqladı

CC0 / charlemagne / knifeУдар ножом в сердце, фото из архива
Удар ножом в сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKI, 3 fevral — Sputik. Göyçay rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi olub. 

APA-nın xəbərinə görə, Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanov dərs vaxtı 9-cu sinif şagirdi N.B.-ni kobud davranışına görə danlayıb və onların arasında mübahisə yaranıb.

Əsəbləşərək yaşadığı evə gedən N.B. mətbəx bıçağını götürərək  məktəbə qayıdıb. O, müəllimi Elşən Süleymanova yaxınlaşaraq qəflətən onu bıçaqlayıb. Yaxınlıqdakı müəllimlərin köməyi ilə bıçaq şagirdin əlindən alınıb. Hadisə zamanı Elşən Süleymanov qolundan bıçaq xəsarəti alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbər lenti
0