Qəzaya düşmüş avtomobil, arxiv şəkli

Piyadanı vurub öldürən sürücü saxlanıldı

27
Faktla bağlı cinayət işi başlanılıb

BAKI, 3 fevral — Sputnik. Fevralın 2-si saat 07:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “Isuzu” markalı avtobusla törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü — Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

27