Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Novostroyka"da yanğın: Zəhərlənənlər var, sakinlər təxliyyə olunub

© Sputnik / Fuad HasanovMəcburi köçkün yataqxanasında yanğın
Məcburi köçkün yataqxanasında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb

BAKI, 2 fevral — Sputnik. Bu gün səhər saatlarına Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində 15 mərtəbli binanın 14-cü mərtəbəsində yanğın hadisəsi olub. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0