Televiziya Qülləsi yaxınlığında sürüşmə sahəsi

Bakının sürüşən zonasından son xəbər

25
(Yenilənib 14:31 02.02.2018)
Gələn həftə nəticələr nazirliyin müvafiq orqanlarına təqdim ediləcək

BAKI, 2 fevral — Sputnik. "Bir neçə gündür ki, Bayıl sürüşmə zonasında aktivlik qeydə alınmayıb". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Qaralovun sözlərinə görə, ötən gün ərazidə buruq-qazma işləri tamamlanıb, laborator analizlər götürülüb: "Gələn həftə nəticələr nazirliyin müvafiq orqanlarına təqdim ediləcək".

Xatırladaq ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi və Fövqəladə Hallar Nazirliyi iş aparır. Əraziyə Yaponiyadan gətirilən cihazlar yerləşdirilib.

25
Teqlər:
Bayıl yamacı, sürüşmə zonası, Əziz Qaralov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Bayıl yamacı sürüşmə zonasının sakinləri ilə bağlı yeni xəbər
"Alov qüllələri" sürüşə bilərmi?
Bayıldakı sürüşmə zonasından yeni xəbər var
Bakının müxtəlif ərazilərində sürüşmə aktivləşib
Bayıl yamacındakı sürüşmənin aktivləşmə səbəbləri açıqlandı – SON DURUM