Gənc qadın, arxiv şəkli

"Eşq mələyi" Bakıda ərəb turisti əzişdirdi

361
(Yenilənib 11:55 30.01.2018)
Münaqişənin səbəbi xidmətə görə ödənilən vəsaitin qadını qane etməməsi olub

BAKI, 30 yanvar — Sputnik. Bakıda hoteldə yüngül həyat tərzi keçirən, amma güclü xarakteri olan qadınla dalaşan bəhreynli turist inzibati qaydada məsuliyyətə cəlb ediləcək. Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayətkar qadın
© Sputnik / Anar Mustafayev

Qeyd edək ki, 1986-cı il təvəllüdlü (etik səbəblərdən zərərçəkənin adını yazmırıq) Bakı sakini, 25 yaşlı Bəhreyn vətəndaşındən şikayət edib. Onun şikayətinə görə, Bəhreyn vətəndaşı Mohamed Haqmed Alqasser Nəsimi rayonunda yerləşən "Boutique" hotelində onu döyüb.

Gənc qadın qeyd edib ki, turist onunla yaxşı vaxt keçirmək üçün öz nömrəsinə dəvət edib. Lakin orada onlar arasında münaqişə baş verib, nəticədə kişi qadını döyüb.

Bununla yanaşı, araşdırma zamanı məlum olub ki, ərəb təkcə öz qonağını döyməyib, həm də onun tərəfindən döyülüb. Qadın heç də asan loxma olmayıb və turistin zərbələrini qarşılıqlı zərbələrlə kompensasiya edərək onun gözünün altını göyərdib.

İlkin araşdırmaya görə, münaqişənin səbəbi xidmətə görə ödənilən vəsaitin qadını qane etməməsi olub. Məhkəmə kimin haqlı, kimin haqsız olduğunu araşdıracaq. Amma hələlik Nəsimi rayon polisinin 22-ci bölməsində faktla bağlı araşdırma aparılır.

361
Teqlər:
Bəhreyn vətəndaşı, Mohamed Haqmed Alqasser, Nəsimi rayonu, hotel, Bakı, turist, qadın
Əlaqədar
Bakı sakini internetdə tanış olduğu qadının qurbanı oldu
Qadınlar bu sahədə kişilərdən üstündür
Metroda qadın qəniminə çevrilən kişi tutuldu
Maskalı şəxslər evə basqın edib qadını döyərək pul aparıblar
Onların qəribə qadağaları davam edir: Qadınlara avtomobil sürmək olmaz
Qandal, arxiv şəkli

Salyanda Gigiyena Epidemiologiya Mərkəzinin rəhbəri saxlanılıb

10
(Yenilənib 22:50 22.01.2021)
İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

BAKI, 22 yanvar — Sputnik. Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Xatırladaq ki, bir qədər əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədovu da saxlayıblar. 

10
ANAMA əməkdaşı, arxiv şəkli

Mülki şəxs Cəbrayılda minaya düşdü

35
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2, 116.0.6  və digər maddələri ilə cinayət işi başlanıb

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

35
Teqlər:
ANAMA, mina, Qarabağ, Cəbrayıl

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0