Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Fahişə Mayya"nın ortaqları ələ keçdilər

© Sputnik / Anar MustafayevНаручники и деньги, фото из архива
Наручники и деньги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Soyğundan sonra quldurlar və "fahişə" Mayya qaçıb gizləniblər

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Yanvarın 25-də Bakıda 20 yaşlı Muxtar Məmmədova hücum edən quldur dəstəsinin bütün üzvləri saxlanıb. Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, yanvarın 25-də qara maskalı 3 nəfər Mayya adlı qadının kirayə tutduğu mənzilə dəvət etdiyi Muxtar Məmmədova hücum ediblər. Məmmədov Mayya ilə sosial şəbəkədə tanış olub. O, müəyyən edilmiş vaxtda yeni tanışı ilə görüşərək sözügedən mənzilə gedib. Yarım saatdan sonra mənzilə 3 maskalı kişi daxil olub. Onlar gəncin əl-ayağını skotçla sarıyaraq stulda oturdublar. Sonra onlar öz qurbanlarını döyüblər. Məmmədovun cibini yoxlayaraq 150 manat pul və mobil telefonunu götürüblər. Soyğundan sonra quldurlar və "fahişə" Mayya qaçıb gizləniblər.

Artıq məlum olduğu kimi, yanvarın 27-də 1996-cı il təvəllüdlü Hüseynov Orxan Emil oğlu saxlanılıb. Həmin vaxt Hüseynovun cinayət ortaqları — Osmanov Elçin Ədalət oğlu, Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Qasımova Mayya Şahin qızı və Zəngilan rayonundan olan 1995-ci il təvəllüdlü Kərimov İsrafil İzzət oğlu Azərbaycan sərhədlərini tərk edərək Gürcüstana keçiblər.

Amma bazar günü, yanvarın 28-də hər üç quldur Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda sözgedən şəxslərin Azərbaycana ekstradisiyası məsələsi həll edilir.

Xəbər lenti
0