Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı diplomat: "Hücum zamanı xəsarət alan olmayıb, lakin binaya zərər dəyib"

© Photo : APANiderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın
Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda Haaqa hüquq-mühafizə orqanları insident ilə bağlı araşdırmalara başlayıb"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Yanvarın 27-də Haaqada yerləşən "Azərbaycan-Türk Mədəniyyət Dərnəyi"nin binasına hücum edilib. Binanın pəncərələri sındırılıb.

© © Foto Azərbaycanın Niderlanddakı nümayəndəliyi tərəfindən təqdim olunubCəlal Mirzəyev
Cəlal Mirzəyev  - Sputnik Azərbaycan
Cəlal Mirzəyev

Azərbaycanın Niderland Krallığındakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev baş verənlərlə bağlı Sputnik Azərbaycan-a açıqlama verib. Bildirib ki, kamera qeydlərinə görə, dörd nəfər maskalı şəxs binaya hücum edərək, onun ön və arxa pəncərələrini sındıraraq hadisə yerindən qaçıb.

"Qeyd edim ki, hücum zamanı xəsarət alan olmayıb, yalnız binaya maddi zərər dəyib. Hazırda Haaqa hüquq-mühafizə orqanları insident ilə bağlı araşdırmalara başlayıb", — C.Mirzəyev deyib.

Onun sözlərinə görə, insidentlə bağlı məlumat səfirliyə daxil olduqdan dərhal sonra, vəziyyətlə əyani tanış olmaq məqsədilə hadisə baş verən məkanı — "Azərbaycan-Türk Mədəniyyət Dərnəyi"nin binasını ziyarət edib: "Dərnək üzvlərinə, başkan İlhan Aşkına ilk növbədə baş verən xoşagəlməz hadisəyə görə üzüntülərimizi ifadə edərək Azərbaycanın Niderland Krallığındakı səfirliyi olaraq mümkün yardımımızı təklif etdim. İlhan Aşkın Azərbaycan səfirliyinin məsələ ilə bağlı göstərdiyi diqqətə görə minnətdarlığını bildirdi. Səfirlik məsələni nəzarətdə saxlayır".

Xəbər lenti
0