Нож в руке, фото из архива

Bakıda gənc oğlan sevdiyi qıza görə bıçaqlandı

29
(Yenilənib 20:33 27.01.2018)
Qurbanov Mehran Akif oğlu Müşfiqabad qəsəbəsində sevdiyi qıza görə naməlum şəxslə mübahisə edib

BAKI, 27 yanvar — Sputnik. Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Qurbanov Mehran Akif oğlu Müşfiqabad qəsəbəsində sevdiyi qıza görə naməlum şəxslə mübahisə edib. Nəticədə o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

29