Jurnalist Ülviyyə Şamilqızı

Jurnalistin ölümü ilə bağlı baş prokurora müraciət edildi

76
(Yenilənib 17:45 26.01.2018)
Zakir Qaralov jurnalist Ülviyyə Şamilqızının ölümü ilə bağlı Rusiyanın baş prokuroruna müraciət edib

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Federasiyasının baş prokuroru Yuri Çaykaya müraciət edib.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə Ü.Şamilqızının 23 yanvar 2018-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində yolu keçərkən avtomobil tərəfindən vurulması nəticəsində vəfat etməsinin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilib.

Eyni zamanda həmin faktla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan Vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına və təqsirkar şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. 

76
Teqlər:
Həştərxan Vilayəti üzrə İstintaq İdarəsi, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ülviyyə Şamilqızı, Yuri Çayka, Zakir Qaralov, Həştərxan şəhəri
Əlaqədar
Jurnalist xanım Gəncədə dəfn edildi
Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edildi
Heydər Əliyevin cangüdəni dəfn edildi – FOTOLAR
Dəfn tarixi məlum oldu