Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Göyərtəsində azərbaycanlıların olduğu gəmi dənizdə yoxa çıxıb

© Photo : Rusiya FHN-in Xabarovsk diyarı üzrə Baş idarəsinin mətbuat xidmətiYapon dənizi, arxiv şəkli
Yapon dənizi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər gəminin ekipajı qəza siqnalı verib və bundan sonra gəmi ilə əlaqə itib

BAKI, 25 yanvar — Sputnik. Yapon dənizində göyərtəsində azərbaycanlıların da olduğu gəmi itib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Vostok" balıqçı gəmisinin axtarışı zamanı iki xilasedici jilet tapılıb. Helikopter axtarışlara cəlb edilsə də, heç bir izə rast gəlinməyib.

Bərə, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıya üzən gəmidə dəhşətli terrorun qarşısı alınıb

Məlumata görə, balıqçı gəmisi Cənubi Koreyanın Homsk limanına doğru hərəkət edirmiş. Bu gün səhər gəminin ekipajı qəza siqnalı verib və bundan sonra gəmi ilə əlaqə itib.

Verilən məlumata görə, gəminin göyərtəsində 21 nəfər olub. Onlar arasında Moldova, Rusiya və Azərbaycan vətəndaşları olub. Qəza radio-siqnalının ötürüldüyü əraziyə sahil mühafizə xidmətinin gəmisi, xilasedici-yedəkçi gəmi və BE-200 təyyarəsi göndərilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, itən gəminin göyərtəsində olan azərbaycanlılardan hələ heç bir xəbər yoxdur: "Onların axtarışına bu gün səhər saatlarından başlanılıb".

Xəbər lenti
0