Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gürcüstandan gələn azərbaycanlının gətirdikləri əlindən alındı

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb

BAKI, 24 yanvar — Sputnik. Gömrük nəzarətindən gizlədilən mobil telefon və aksesuarları aşkar olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin qapılarının içərisində 20 ədəd "Nokia D472", 23 ədəd "Nokia 105" və 28 ədəd "X-inova" markalı mobil telefonlar, həmçinin 71 ədəd yükləyici və 71 ədəd qutu aşkara çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0