Bakıda polis, arxiv şəkli

Keçmiş məhkum Bakıda polislərə silahlı müqavimət göstərib

151
(Yenilənib 10:15 24.01.2018)
Nizami Rayon Polis İdarəsi xoşagəlməz bir olayla qarşılaşıb. Keçmiş məhkum RPİ-dən olan asayiş keşikçilərinin uniformalarını cırıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Nizami Rayon Polis İdarəsi xoşagəlməz bir olayla qarşılaşıb. Keçmiş məhkum RPİ-dən olan asayiş keşikçilərinin uniformalarını cırıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Polisin qarşılaşdığı xoşagəlməz halı əvvəllər AR Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz istehsalı, saxlanması, daşınması və satışı) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş 1972-ci il təvəllüdlü keçmiş məhkum Məmmədov Vaqif Abdulxaliq oğlu törədib. O, paytaxtın Naxçıvanski küçəsində, Nizami RPİ-nin 24-cü polis bölməsinin ərazisində yaşayır.

"Yanvarın 20-də "102" xidmətinə 1984-cü il təvəllüdlü paytaxt sakini Sevda Məmmədovadan zəng daxil olub. Qadın bildirib ki, onun əri sərxoş vəziyyətdə evdə qalmaqal törədib" — deyə asayiş keşikçiləri bildirib. 

Hadisə yerinə gedən Çevik Polis Alayının əməkdaşları — polis serjantları, 1989-cu il təvəllüdlü Ruslan Əliyev və 1990-cı il təvəllüdlü Asif Məmmədov Vaqif Məmmədov tərəfindən silahlı müqavimətə rast gəlib.

Kişi polisləri bıçaqla hədələyərək onların üzərinə hücum çəkib. Nəhayət, polislər sərxoş xuliqanı zərərsizləşdiriblər və onu polis bölməsinə aparıblar. Amma buna qədər asayiş keşikçiləri qızışmış davakarı ram edənə və onun qoluna qandal vurana qədər xeyli əziyyət çəkməli olublar. Arada hüquq mühafizəçilərinin uniformaları yırtılıb.

İndi Məmmədov təkcə xuliqanlığa görə deyil, həm də polisə qarşı silahlı müqavimətə görə cavab verməli olacaq.

Faktla bağlı araşdırma aparılır.

151
Əlaqədar
Bakıda qız üstündə mübahisə bıçaqlanma ilə nəticələndi
Paytaxtda tələbəni bıçaqladılar
Bakıda kişi üstündə dava: qadın ərinin sevgilisinə altı bıçaq zərbəsi vurdu
"Səbinə" niyə bıçaqla komendanta hücum etdi - Açıqlama
Abşeronlu gəncə on iki bıçaq vuruldu
Охотничья винтовка типа Винчестер, архивное фото

Ata oğlunu güllələyib: "Onu öldürmək fikrim olmayıb"

23
(Yenilənib 14:24 15.01.2021)
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.

Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.

Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.

Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.

23
Hirkan Milli Parkında yanğın

Azərbaycanda Milli Park yanır

36
Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb

BAKI, 14 yanvar - Sputnik. Bu gün axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 

hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. 

Bildirilib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb: “Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.

FHN-in yaydığı ilkin məlumata görə, təqribən 2 ha sahədə xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanır.

 

36
Teqlər:
yanğın, Hirkan Milli Parkı

Təbriz adamları Qarabağda quruculuq işlərində maraqlıdırlar

0
(Yenilənib 17:01 15.01.2021)
İran-Azərbaycan Müştərək Ticarət Palatasının həmsədri Ramiz Rzayev hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, bazarların öyrənilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında görüş keçirilib.

Sputnik Azərbaycan Konfederasiyaya istinadən verdiyi məlumata görə, görüş İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə, ASK prezidenti Məmməd Musayevin sədrliyi ilə baş tutub.

Onlayn formatda keçirilən görüşü M.Musayev açaraq Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və baş komandanlığı ilə aparılan 44 günlük Vətən müharibəsində ölkəmizin qələbə çaldığını, azad olunan torpaqlarımızda quruculuq işlərinə başlanıldığını bildirib. O, İran-Azərbaycan iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açıldığını qeyd edib.

Təbriz Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Yunus Jailə Azərbaycanı qələbə münasibətilə təbrik edərək, Təbriz iş adamlarının biznes imkanları, Təbrizin sənaye kompleksləri barədə məlumat verib. Palatanın üzvləri kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı sahəsində emal sənayesi, Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

İran-Azərbaycan Müştərək Ticarət Palatasının həmsədri Ramiz Rzayev hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, bazarların öyrənilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.

İclasda qərara alınıb ki, Təbriz şirkətləri təkliflərini yazılı şəkildə ASK-ya təqdim etsinlər və bu təkliflər müvafiq dövlət qurumları ilə müzakirə olunsun. Eyni zamanda Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumunun imzalanması və biznes-forumun keçirilməsi üçün müvafiq hazırlıqlara başlanılıb.

0