Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yeni qurulan ailədə elə bir hadisə baş verdi ki...

CC0 / StockSnap / HandAdyal altından görünən bəxtsiz qadın əli, arxiv şəkli
Adyal altından görünən bəxtsiz qadın əli, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 20-dən 21-nə keçən gecə Bakının Qaradağ rayonunda qətl törədilib. Belə ki, 25 yaşlı kişi 21 yaşlı arvadını öldürüb. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

Мужчина душит женщину. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Bu dəfə Gəncə sarsıdıcı ailə faciəsinə səhnə oldu

Məlum olub ki, ötən gecə saat 02:10-da Cəlilabad rayonunun 1993-cü il təvəllüdlü sakini, Lökbatan qəsəbəsində kirayə mənzildə yaşayan Elvin Qəhrəmanlı yanında yatan həyat yoldaşı, 1997-ci il təvəllüdlü Günel Qəhrəmanlını yastıqla boşaraq öldürüb.

Təqsirləndirilən şəxs Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı cavan oğlan arvadını qısqanclıq zəminində öldürdüyünü bildirib. Cavanlar bu yaxınlarda evləniblərmiş.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Xəbər lenti
0