Oğru

Tovuzlu gənc oğurluğa girmək istədi, görün başına gəldi

151
(Yenilənib 13:00 22.01.2018)
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir

BAKI, 22 yanvar — Sputnik. Tovuzda bir gənc yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumatlara görə, hadisəyə E.Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə icazəsiz daxil olan zaman ev sahibinin içərisi qaynar su dolu çaydanı onun üzünə tərəf atması səbəb olub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

151
Teqlər:
Emil Mehralıyev, oğurluq, yanıq, Tovuz, xəstəxana
Əlaqədar
Avtobusunu yumağa verdi, oğurlandı
Ukraynada azərbaycanlıların oğurlanmasının arxasında kim dayanır?
Son günlərdə Bakıda baş verən oğurluqların sayı açıqlandı
Bakıda səfirlik işçisinin evindən oğurluq olub
Masallıda qəribə oğurluq: Yarış atları oğurlandı