Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yaşanan tükürpədici hadisəyə dair rəsmi məlumat

© pixabay / CounsellingƏlləri ilə qulaqlarını tutmuş uşaq
Əlləri ilə qulaqlarını tutmuş uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törədən şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib

BAKI, 22 yanvar — Sputnik. Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Həbs, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azyaşlı qıza qarşı zorakılıq etmiş xəstə yaxalandı

Bildirilir ki, Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu, 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

"İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq tədbirləri aparılıb. Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində R.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir" — birgə məlumatda vurğulanır.

Xəbər lenti
0