Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Saatlıda ağır qəza oldu, ölən var

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza nəticəsində "VAZ 2106" markalı minik avtomobilində olan 63 yaşlı Məmmədov Əziz Sarxan oğlu ölüb

BAKI, 21 yanvar — Sputnik. Bu gün Saatlı rayon mərkəzində "VAZ 2106" markalı minik avtomobili BMW markalı avtomobillə toqquşub.

APA-nın məlumatına görə, qəza nəticəsində "VAZ 2106" markalı minik avtomobilində olan 63 yaşlı Məmmədov Əziz Sarxan oğlu ölüb.

Avtomobildə olan sərnişinlər — 1971-ci il təvəllüdlü Əsədova Fatma Osman qızı, 1964-cü il təvəllüdlü Əsədova Atlas Osman qızı, 1965-ci il təvəllüdlü Əsədov Nadir Osman oğlu və Adgözəlova Rəbiyyə Məmmədalı qızı xəsarət alıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olan F. Əsədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, N. Əsədov əməliyyat olunub.

Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilinin sürücüsü və sərnişinlər Cəbrayıl rayon sakinləridir. Onlar Sabirabad rayonuna yas mərasiminə gəliblər və geri qayıdarkən qəzaya düşüblər.

Xəbər lenti
0