Yanğın

Bakının mərkəzində yanğın

23
(Yenilənib 15:26 19.01.2018)
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub

BAKI, 19 yanvar — Sputnik. Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü, iki otağının yanar konstruksiyaları 50 m2 sahədə və yaxınlıqda tikilmiş ümumi sahəsi 240 m2 olan ikimərtəbəli evin 2 ədəd plastik pəncərəsi yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

23
Teqlər:
Bakı şəhəri, Xətai rayonu, ev, yanğın
Əlaqədar
Tovuzda 20 yanvar faciəsi yaşandı
Qazaxıstanda yanan avtobusun sahibi azərbaycanlıdır?
Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusu yanıb
Yanğını söndürərkən özləri dondular