Prezident İlham Əliyev

Azərbaycan prezidenti: "Bu xəbər məni son dərəcə sarsıtdı"

1431
(Yenilənib 14:46 19.01.2018)
İlham Əliyev özbəkistanlı həmkarına başsağlığı verib

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevə başsağlığı verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli Şavkat Miromonoviç,

Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı.

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Xatırladaq ki, dünən Qazaxıstanda içərisində 57 sərnişin daşıyan avtobus yanaraq kül olub. Hadisə zamanı 52 nəfər diri-diri yanıb. Avtobusda olanlardan cəmi 5 nəfər son anda canını qurtara bilib. Məlumata görə, avtobusda ölənlərin hamısı Özbəkistan vətəndaşları olublar. Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

1431
Teqlər:
Şavkat Mirziyoyev, Özbəkistan Respublikası, sərnişin, başsağlığı, vətəndaş, Qazaxıstan, Azərbaycan Respublikası, avtobus, İlham Əliyev, prezident
Əlaqədar
Ölkə matəm içində: İlham Əliyev başsağlığı verdi
Prezident görkəmli alimin vəfatı ilə əlaqədar başsağlığı verib
Türkiyə prezidenti başsağlığı verdi
İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib
Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları

Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb

13
(Yenilənib 23:15 03.07.2020)
7 yaşlı Tağızadə Uğur Asif oğlu atasına məxsus "VAZ 2107" markalı minik avtomobilini işə salaraq hərəkət etdirib. Nəticədə 8 yaşlı bacısını əzərək öldürüb.

BAKI, 3 iyul – Sputnik. Bərdədə 7 yaşlı uşaq bacısını öldürüb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Bərdə rayonunun Qarabağ qəsəbəsində qeydə alınıb.

7 yaşlı Tağızadə Uğur Asif oğlu atasına məxsus "VAZ 2107" markalı minik avtomobilini işə salaraq hərəkət etdirib. Nəticədə 8 yaşlı bacısını əzərək öldürüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

13
Bıçaq, arxiv şəkli

Bakıda qatil dolaşır: Lənkəranskinin yaxın adamını öldürüb

161
(Yenilənib 13:04 03.07.2020)
Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir

BAKI, 3 iyul — Sputnik. İyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Sputnik Azərbaycan Suraxanı Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu arada qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum olub.  

APA-nın məlumatına görə, Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir. 

161
Əlaqədar
Tərtərdəki dəhşətli körpə ölümünün pərdəarxası: qarabasma...
Qardaş qardaşı ov tüfəngi ilə öldürdü
Qazaxlı həmyerlisini bıçaqlayıb öldürdü
Bakıda itkin düşdü, öldürüb Beyləqanda basdırdılar – Dəhşətli cinayətin üstü açıldı
Ukraynada qətl törədən azərbaycanlı Bakıda ələ keçdi: tanınmış idmançı imiş
 İranda epdimioloji vəziyyət

İranda bir gündə 150-dən çox şəxs koronavirusdan öldü

0
(Yenilənib 00:14 04.07.2020)
Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb

BAKI, 4 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2566 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Hospitalda koronavirus xəstəsinin yoxlanılması
© Sputnik / Vladimir Astapkovich

"Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb. Bir gün ərzində 154 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11260-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 235429 şəxsdən 196,5 mindən çoxu sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,8 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla