Lənkəran

Naməlum şəxslər Lənkərana vəlvələ saldılar

375
(Yenilənib 11:57 15.01.2018)
Ana və qız vəhşicəsinə döyülüb, onlardan biri dünyasını dəyişib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Lənkəran rayonunun Liman şəhərində daha iki nəfər döyülüb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, naməlum şəxs orta yaşlı Nəcəfqulu Həsənovun evinə girərək onu yatdığı yerdə döyüb.

"Yenicə yuxuya getmişdim ki, birdən mənə zərbə dəydi. "Tok" vurduğunu zənn etdim. Tez ayağa qalmaq istədim ki, növbəti zərbələri aldım. Ayağa qalxmağa çalışdım, zərbənin təsirindən yerə yıxıldım. Son həmin adam qaçdı" — zərərçəkmiş şəxs danışıb.

N. Həsənov əl və baş nahiyyələrindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti normal olduğundan evə buraxılıb.

Eyni ərazidə və eyni gecə saatlarında daha bir döyülmə faktı qeydə alınıb. Liman şəhərinin 16 yaşlı sakini Heybət Abdullayev də naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılan yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, həmin gün Lənkəranda daha bir analoji cinayət hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, Lənkəran rayonu Liman şəhər sakinləri, 1949-cu ilə təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdül Samirə Miriyeva naməlum şəxslər tərəfindən və naməlum şəraitdə döyülüb.

Hər iki şəxs dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Döyülən H.Qarayeva və S.Miriyevanın vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərildikdən dərhal sonra reanimasiya şöbəsinə yerləşdiriliblər.

Samirə Miriyeva ağır kəllə-beyin travması aldığından bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. Hazırda döyülmə faktı ilə bağlı araşdırmalar aparılır.

375
Teqlər:
Samirə Miriyeva, Humay Qarayeva, liman, döyülmə, Lənkəran, xəstəxana
Əlaqədar
Bakıda vəhşicəsinə döyülən qadın doğum tarixini belə xatırlamır
Sevgisi üçün uzun yol qət edən gənc vəhşicəsinə döyüldü
Gəlin öz toyunda döyüldü: bilirsiniz nəyin üstündə?
Dayıoğlu bibioğlunu döyüb öldürdü
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

13
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

13
Qəza, arxiv şəkli

Yük avtomobili “KamAZ”a çırpılıb, xəsarət alanlar var

12
(Yenilənib 13:42 21.01.2021)
Sumqayıt şəhəri ərazisində "İsuzu" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

BAKI, 21 yanvar — Sputnik. Sumqayıt şəhərində yol qəzaları baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində "İsuzu" markalı yük avtomobili yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "İsuzu" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində "VAZ" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

12

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya