BAKI, 12 yanvar — Sputnik. Məşhur türk ozanı Aşıq Veysəlin böyük oğlu, xalq ozanı Ahmet Şatıroğlu 84 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan "Posta"ya istinadən xəbər verir ki, Sivas vilayətinin Şarkışla rayonunda yaşayan Şatıroğlu uzun müddət idi ki, şəkər, yüksək təzyiq, prostat, xolestrol və alzaymer xəstəliklərindən əziyyət çəkirdi.
"13 aydır ki, ancaq sıyıqla qidalanırdı. Dünən saat 17:30-da vəziyyəti ağırlaşdı, 18:30-da da Haqqa qovuşdu" — xalq ozanının həyat yoldaşı Türkan Ertemur deyib.
Aşığın ölüm xəbərini eşidən bələdiyyə sədri Akif Pektaş onun evinə gələrək ailəsinə başsağlığı verib. Mərhumun şənbə günü dəfn ediləcəyi bildirilib.
BAKI, 9 mart — Sputnik. Mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.
Məlumata görə, bağ evinin bir otağında yaradılmış ev muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım isə məsələ barədə danışmaq istəmədiyini deyib. Qeyd edək ki, 1951-ci il təvəllüdlü Yaşar Nuri 2012-ci ildə vəfat edib.
BAKI, 9 mart - Sputnik. Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, Ə. Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.
Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.
Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.
BAKI, 9 mart — Sputnik. 2020-ci ilin 31 dekabr tarixinə ölkədə ümumilikdə 218. 7 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edlib, onlardan 184.4 min nəfər müalicə olnaraq sağalıb, 2641 nəfər vəfat edib, aktiv xəstələrin sayı 31.6 min, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar icra olunan testlərin sayı isə 2195.5 min olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.
Hesabat ilinin sonuna Azərbaycandakı koronavirusa ümumi yoluxanların 84.3 faizi sağalıb, 14.5 faiz aktiv xəstə olub, ümumi yoluxanların 1.2 faizi dünyasını dəyişib.