Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakının böyük bir ərazisində təbii qaz verilişi dayandırılıb

CC0 / Public Domain Pictures / GasQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək

BAKI, 12 yanvar — Sputnik. Bu gün Bakı şəhəri Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Газовый счетчик и smart-карта, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Diqqət: Qaz tarifinin hesablanması ilə bağlı açıqlama verildi - VİDEO

Bildirilib ki, Binəqədi rayonu Vorovski yaşayış massivi ərazisində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə uzun müddət istismar olunmuş mövcud diametri 159 mm-lik aşağı təzyiqli qaz xəttinin əvəzlənməsi üçün yeni çəkilmiş, diametri 110 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xəttindən ayrılmalar üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və avtomobil yolunun təmiri ilə bağlı tikinti sahəsinə düşən qaz xətlərinin rekonstruksiyası ilə əlaqədar, yanvarın 12-si saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrində, eləcə də Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Xəbər lenti
0