Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məşhur həkimin oğlu bibisinin yasında bıçaqlandı

CC BY-SA 2.0 / Erik Gregg / KnifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Qax rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Qaxda yas yerində faciəvi hadisə baş verib. Hadisə rayonun Qaxbaş kəndində olub. Kənd sakini Qoqida Okrocanaşvili həmkəndlisi Amiran Suqaşiviliyə boğaz nahiyəsindən 4 bıçaq zərbəsi endirib. Hadisə Amiranın bibisinin tabutunu götürən zaman baş verib. Kənd sakinlərinin dediyinə görə, hadisə şəxsi ədavət zəminində baş verib. Bıçaqlanan şəxs təcili olaraq Gürcüstana aparılıb.

Qeyd edək ki, A.Suqaşivili rayonun məşhur həkimi Rezo Suqaşivilinin oğludur.

Faktla bağlı Qax Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0