Мужчина в постели, фото из архива

Küveytli turist Bakıda üç fahişənin gözü önündə ölüb

1488
(Yenilənib 10:03 31.05.2018)
Ölən şəxsin pullarının fahişələr tərəfindən oğurlandığı güman edilir

BAKI, 9 yanvar — Sputnik. Bakıdakı hotellərdən birində Küveyt vətəndaşı olan turist vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Yanvarın 8-də Zərdabi küçəsində yerləşən "Ariva" hotelinin 311 nömrəli otağında, 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi ölüb. İlkin məlumata görə, turist ürək çatışmazlığından dünyasını dəyişib. Onun seks gücünü artıran həb qəbul etdiyi güman edilir.

İstintaqın gedişi zamanı məlum olub ki, Küveyt vətəndaşı ölməmişdən bir qədər əvvəl qaldığı hotel nömrəsinə yüngül həyat tərzi keçirən üç qadın gətirib. Kişi bu üç fahişənin gözü qarşısında ölüb. Qadınlar kişinin öldüyünü başa düşəndən dərhal sonra hoteli tərk ediblər.

Hotel işçiləri turistin öldüyünü biləndən dərhal sonra polisə məlumat veriblər. Kriminalistlər ölən şəxsin üstündə pul tapmayıblar. Ehtimal var ki, turistin pullarını dəvət etdiyi fahişələr oğurlayıb. Faktla bağlı istintaq davam edir.

1488
Teqlər:
Küveyt vətəndaşı, fahişə, hotel, pul, Bakı
Əlaqədar
Bu iddia ərəb dünyasını qarışdıracaq
Azərbaycan qanunlarını pozan ərəb cəzalandırıldı
Bakıya nə qədər ərəb gəlib?
Ərəb turistlər və acınacaqlı "Yeddi gözəl" "əfsanəsi"
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34

Azərbaycanda Milli Park yanır

67
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

67
DSX əsgəri, arxiv şəkli

Baş Prokurorluq sərhədi qanunsuz keçənlərlə bağlı xəbərdarlıq etdi

0
(Yenilənib 12:43 21.10.2020)
Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

 

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları,eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə