Moskva şəhərindəki Çitay qorod kitab mağazası

Qarabağla bağlı böyük yalan Moskva mağazalarında

118
(Yenilənib 10:36 09.01.2018)
Sankt-Peterburqda nəşr olunmuş "Dünya ölkələri" ensiklopediyasına qondarma "DQR"in də adı daxil edilib

BAKI, 8 yanvar — Sputnik. Böyük təəssüf hissi ilə qeyd edirik ki, Moskva şəhərindəki "Çitay qorod" kitab mağazalarında "Dünya ölkələri" (Stranı mira) ensiklopediyası (Böyük illüstrativ ensiklopediya: tarix, əhali, xəritə, iqlim, iqtisadiyyat) satılır və orada qondarma "DQR" haqqında məlumat da yer alıb.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan veriblər.

Dünya ölkələri ensiklopediyasında DQR haqqında məlumat
© Sputnik / Letif Mustafayev
"Dünya ölkələri" ensiklopediyasında "DQR" haqqında məlumat

Qeyd edək ki, 2015-ci ildə 3000 nüsxə tirajla buraxılmış bu nəşrin buraxılış redaktoru S.Radelovdur. SZKEO Peterburq nəşriyyatının satış məqsədilə buraxdığı bu kitab, eyni zamanda bir çox saytda, eləcə də www.chitai-gorod.ru-da da yayımlanıb.

Bu, erməniyönümlü ensiklopediyaya inansaq, guya Xankəndinin (nəşrdə Stepanakert yazılıb-red.) əhalisi 53 min nəfərdən çoxdur. "DQR"də isə 146 mindən çox əhali yaşayır. Əlbəttə ki, burada Qarabağın tarixi barədə informasiyalar bütün digər informasiyalar kimi erməni sepatarçılarının təhrif etdiyi şəkildə verilib.

Xatırladaq ki, Azərbaycan ərazilərində yaradılmış separatçı qurum heç bir beynəlxalq təşkilat, eləcə də Rusiya Federasiyası və Ermənistan başda olmaqla heç bir dünya dövləti tərəfindən tanınmayıb.

118
Teqlər:
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, ensiklopediya, yalan, təhrif, kitab, Moskva, Qarabağ
Əlaqədar
ATƏT-in yeni sədrindən vacib Dağlıq Qarabağ bəyanatı
Rusiyalı politoloqdan Qarabağ açıqlaması: "Münaqişə ona görə yaradılıb ki..."
Səfir: “Qarabağ münaqişəsinin həlli yetişib”
Qarabağ döyüşçüsü məktəblilərə gerçək hərbi həyatdan danışdı
Qarabağ bölgəsinin 300 illik tarixinin şahidi