Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusu yanıb

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Avtobusdakı sərnişinlərin çoxunun Rusiya vətəndaşı olduğu bildirilir

BAKI, 8 yanvar — Sputnik. Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib.

Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Sərnişinlərin bildirdiyinə görə, avtobusda yanğın sürücünün istilik sistemini işə salmasından sonra baş verib. Avtobusdakı sərnişinlərin çoxunun Rusiya vətəndaşı olduğu bildirilir.

Xəbər lenti
0