Мужчина в наручниках, фото из архива

Bakıda avtobus qəzası törədib qaçan sürücü həbs olundu

111
(Yenilənib 12:12 08.01.2018)
Bakıda ağır qəza törədən avtobus sürücüsü tutulub

BAKI, 7 yanvar — Sputnik. Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ağır yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, yanvarın 6-da saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, “99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb dərəyə aşıb.

Hadisə nəticəsində avtobusda olan 1964-cü il təvəllüdlü Məmmədov Rüstəm Ələsgər oğlu, 1974-cü il təvəllüdlü Teymurova Afət Seyfəddin qızı, 1961-ci il təvəllüdlü Cəfərova Sevda Mütəllim qızı, 1975-ci il təvəllüdlü Ağayeva Səbirə Nurəddin qızı, 1960-ci il təvəllüdlü Qurbanova Mətanət Əzim qızı, 1998-ci il təvəllüdlü Həsənov Taleh Fuad oğlu, 1975-cü il təvəllüdlü Sarıgen Vasili Alekseyeviç, 1998-ci il təvəllüdlü Hüseynli Müşviq Hicran oğlu, 1976-cı il təvəllüdlü Babayevə Tahirə İlyas qızı, 1959-cu il təvəllüdlü Nəbiyeva Şəfiqə Əkbər qızı, 1975-ci il təvəllüdlü Yedyayeva İrina Valeriyevna, 1981-ci il təvəllüdlü Əliisgəndərova Aygün Orucəli qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aygül Vüqar qızı, 2003-cü il təvəllüdlü Məhərrəmov Elcan Arzuman oğlu, 1938-ci il təvəllüdlü Quliyev Hüseynağa Sultan oğlu, 1938-ci il təvəllüdlü Namazov Sədi Qəhrəman oğlu, 1959-cu il təvəllüdlü Həsənova Nəcimə Hacıbala qızı, 1951-ci il təvəllüdlü Şahbanzəriyev Zəfər Zakir oğlu, 1970-ci il təvəllüdlü Bədəlova Gülüstan Piri qızı və 1991-ci il təvəllüdlü Bədəlova Elnaz Ənvər qızı olmaqla 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almış, avtobusun sürücüsü hadisə yerindən qaçıb.

Hadisə nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib və onların əksəriyyəti ilkin tibbi yardım alaraq evə buraxılıblar.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi, eləcə də sərnişinlərin daşınması və təhlükəsizliyi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermiş şəxlərin dairəsinin müəyyənləşdirilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

111
Əlaqədar
Dənizdə baş verən qəza nəticəsində onlarla insan itkin düşüb
Bakıda ağır qəza: Onlarla insan xəsarət aldı
Xəbər agentliyi partladıldı: onlarla insan ölüb
Türkiyənin turizm cənnətində güclü fırtına, onlarla xəsarət alan var
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı daha bir psixoloji göstəricisini keçdi

6
(Yenilənib 13:58 22.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15971 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 290 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1463306-ya çatıb. Rusiyada pandemiya yayılandan 25242 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1107988-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Ermənistana məxsus taktiki PUA, arxiv şəkli

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

109
Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 22 oktyabr — Sputnik. Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib", - deyə məlumatda bildirilir.

109
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(2:08 / 13.71Mb / просмотров видео: 7)

İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”

0
(Yenilənib 18:58 22.10.2020)
İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə baş çəkərək, erməni SQ-nin atdığı ballistik raketin törətdiyi fəsadlarla tanış olub, zərər çəkmişlərin ailələri ilə görüşüb. Daha ətraflı – videomuzda.

İsrailli diplomat Gəncə şəhərinə baş çəkib. Səfir Corc Dik Gəncədə erməni SQ-nin atdığı ballistik raketindən uçmuş evlərin qurbanları ilə görüşüb, onlara şəxsən öz və bütün İsrail dövlətinin başsağlığını çatdırıb.

“Mən qurbanların bəziləri ilə bu gün görüşdüm. Bəziləri ilə daha sonra tanış olacağam. Onların başına gələnləri dinləmək ürəyimi ağrıdır. Milli mənsubiyyət və inancından asılı olmayaraq, dinc əhaliyə qarşı hücumlar qəbuledilməzdir. Hər insanın həyatı vacibdir”, - deyə israilli diplomat mətbuata açıqlamasında deyib.

Corc Dik həm də İsrail-Azərbaycan münasibətlərindən danışıb. O, münasibətimizin dostluq üzərində qurulduğunu, tarixi köklərə dayandığını və özünü iqtisadiyyatın müxtəlif sayələrdə əməkdaşlığımızda büruzə verdiyini bəyan edib.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər dinc sakin həlak olub, 52 nəfər xəsarət alıb.

0