Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərxoş sürücü yanacaqdoldurma məntəqəsini darmadağın etdi

CC0 / Skitterphoto / Gas stationYanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeronda sərxoş sürücü maşınla yanacaqdoldurma məntəqəsinə girərək qəza törədib

BAKI, 6 yanvar — Sputnik. Abşeron rayonunun Digah qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Rəsulov Rövşən Şamo oğlu idarə etdiyi "90-MP-597" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobili ilə "Lukoil" yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyib.

Lakin idarəetməni itirən sürücü avtomobili məntəqədəki texnikaya vurub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0