Təcili yardım avtomobili

Aran bölgəsindən dəhşətli xəbər

2438
(Yenilənib 16:27 01.01.2018)
Avtomobil 7 piyadanı vurub, 1 nəfər dünyasını dəyişib

BAKI, 1 yanvar — Sputnik. İmişlidə 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

İmişli sakini, 48 yaşlı Seymur Murtuzəli oğlu Mehdiyevin sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və nəticədə avtomobil 7 piyadanı vurub. Qəza zamanı 2000-ci il təvəllüdlü İmişli sakini Həsənli Həsrət Səfər oğlu hadisə yerində ölüb, digər 6 nəfər – İmişli sakinləri, 2000-ci il təvəllüdlü Cavadov Sabir Etiram oğlu, Cavadov Ruslan Etiram oğlu (1997), Ruslanzadə Səbuhi Namiq oğlu (2001), üç qardaş — Həsənli Sahil Səfər oğlu (1990) və Həsənli Şəhriyar Səfər oğlu (1993), Həsənli Şahin Səfər oğlu (1996) İmişi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan gənclərdən ikisinin vəziyyəti ağır olduğundan onlar Bakı şəhərinə göndərilib.

Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı İmişli rayon Polis şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

2438
Teqlər:
piyada, İmişli, sürücü, qəza, avtomobil
Əlaqədar
Ermənistana gedən avtobusun törətdiyi qəzada 5 azərbaycanlı öldü
Astarada ağır qəza: İçində 9 nəfər olan avtomobil dərəyə aşdı
Yol polisi paytaxtda qəza törətdi
Şəkidəki ağır qəzada ölən iki qadın rusiyalı həkimlər olub

Təhsil şöbəsinin müdiri iki gündür xəstəxanadadır

40
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 avqust - Sputnik. Tərtər RTŞ-nin müdiri Yaşar Məhərrəmov iki gün öncə kəskin ürək çatışmazlığı ilə bağlı xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Yaşar Məhərrəmovun sağlamlıq durumu hazırda kafidir.

Onu da qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib. Ona qədər Tərtər rayon Sarıcalı kənd orta məktəbində direktor işləyib.

Rayon sakinlərinin bildirdiyinə görə, Yaşar Məhərrəmov fəaliyyətə başlayandan sonra Tərtər rayon təhsilində rüşvət kimi neqativ hallar aradan qaldırılıb.

40
 Xəstəxana, arxiv şəkli

Xaçmazda qətl, döyülən qadın xəstəxanada öldü

62
(Yenilənib 14:57 11.08.2020)
İstintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKI, 11 avqust — Sputnik. Dünən günorta saatlarında Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Rəşidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

62
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0