Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı əməliyyat

FHN alpinistlərin axtarışları ilə bağlı daha bir məlumat yayıb

598
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Nazirliyin müvafiq xilasetmə qurumlarının canlı qüvvə və texnikası, xüsusi təlim keçmiş itlər cəlb olunub

BAKI, 31 dekabr — Sputnik. "Gilavar" — hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, axtarışlar yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. Bugündən hava şəraiti daha da pisləşib. Axtarış-xilasetmə tədbirlərinin aparıldığı ərazidə güclü külək və qar müşahidə olunur. Meteoroloji şəraitin getdikcə sərtləşəcəyi proqnozlaşdırılır. Lakin buna baxmayaraq, axtarış-xilasetmə tədbirlərinin fasiləsiz aparılması nəzərdə tutulub. 

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Nazirliyin müvafiq xilasetmə qurumlarının canlı qüvvə və texnikası, xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Qeyd edək ki, axtarış işləri barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalında (fhn.gov.az) mütəmadi dərc olunur. 

Fövqəladə Hallar Nazirliyi təəssüf hissi ilə bildirir ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən məlumatlar yayır. 

Əməliyyat Qərargahı bildirir ki, alpinistlərlə əlaqənin itməsi barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dekabrın 26-da axşam saatlarında daxil olub. Növbəti gün, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında axtarış-xilasetmə işlərinə başlanılmışdır. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin mürəkkəb şəraitlərdə xilasetmə işləri aparmaq təcrübəsi olan peşəkar xilasediciləri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyyə edir.

598
Əlaqədar
Nazirlik itkin alpinistlər barədə yeni məlumat yaydı
İtkin düşən alpinistlərdən ümidverici xəbər - VİDEO
İtkin düşmüş alpinistlərin axtarışları ilə bağlı rəsmi məlumat yayıldı
İtkin düşmüş alpinistlərdən xəbər var
Qarlı hava, arxiv şəkli

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

21
(Yenilənib 09:56 20.01.2021)
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

21
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

11
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

11
Müharibə iştirakçılarının reabilitasiyası

Şəhid müharibə iştirakçılarının ailələrinə dəstək davam edir

0
(Yenilənib 15:07 20.01.2021)
3200-dən çox şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.

0