BAKI, 31 dekabr — Sputnik. "Gilavar" — hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-də başlanan axtarış işləri davam edir.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarışlar Quba rayonunda yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.
BAKI, 26 yanvar - Sputnik. Bakıda daha bir intihar hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.
Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Qeyd edək ki, iki gün əvvəl Bakının Nərimanov rayonunda oxşar intihar hadisəsi olmuşdu. 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atmış, hadisə yerində keçinmişdi.
Yanvarın 25-i saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas ediblər. İki nəfər isə təəssüf ki, həlak olub.
Sputnik Azərbaycan bildirir ki, həlak olanlardan biri - 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini xilasedicilər bu gün günorta saatlarında dağıntılar arasından çıxara biliblər. Fatimənin anası, 33 yaşlı Aytən Musayevanın meyiti isə dünən gecə saatlarında tapılıb. Onun həyat yoldaşı, 38 yaşlı Vüsal Musayev və 12 yaşlı oğlu Firudin Musayev partlayışdan sağ qurtulsalar da, xəsarət aldıqlarından xəstəxanaya yerləşdiriliblər.
Dağıntılar arasında axtarışlara Fövqəladə Hallar Nazirliyinin 228 əməkdaşı, eləcə də 19 texnikası, dörd xidmət iti, həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin 20 əməkdaşı və 3 ədəd texnikası cəlb edilmişdi.
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
Xırdalanda hadisə yerində
BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.
Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib.
Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb.
Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.
Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.
Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq