Məhkəmə hakiminin çəkici. Arxiv şəkli

Azərbaycan məhkəməsindən qeyri-adi qərar

1063
(Yenilənib 15:42 28.12.2017)
"Allah sənə lənət eləsin, heç nə demirəm"

BAKI, 28 dekabr — Sputnik. İdmançı Kamil Zeynallı ilə jurnalist Əfruzə Ağayevanın məhkəməsi başa çatıb. Sputnik Azərbaycan xəbər veri ki, bu barədə jurnalist öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, məhkəmə çəkişməsi heç-heçə ilə bitib: "Məhkəmələr bitdi, o, guya mənə 1000 manat ödəyəcək, mən də ona. Üzr və təkzib məsələsi də qarşılıqlıdır. Deməli, belə çıxır ki, bu ölkədə kim istədi bir-birinin ata-anasını söyə bilər. İndi mən də onun şəklini yapışdıracam bura və o mənə yazdığı söyüşləri eynilə ona söyəcəm, olacağıq əvəz-əvəz".

"Sadəcə mən qadınlığıma, xanımlığıma hörmət elədim, susdum. Amma neyləyim ki, mənim nə o qədər tanışım, nə vaxtım, nə də pulum var" — jurnalist yazıb.

"Allah sənə lənət eləsin, heç nə demirəm. Mənim ki, valideynlərimi, rəhmətliklərimi murdar ağzına gətirdin, səni onların ruhu tutsun. Axirətdən qaça bilməzsən, ah-naləm, qarğışım tutsun səni, Allah ailənin başına gətirsin" — Ə.Ağayeva əlavə edib.

Xatırladaq ki, K.Zeynallı aparıcı Şəbnəm Həsənovanı sosial şəbəkələrdə küçə söyüşləri ilə təhqir etmişdi. Ş.Həsənova da sosial şəbəkədə "Kamilin söydüyü söyüşlər onun nəslindəki qadınlara getsin" cavabı yazıb.

Jurnalist Ə.Ağayeva isə həmin statusu xəbər kimi hazırlamışdı. Bundan sonra K.Zeynallı Ə.Ağayevanı da küçə söyüşləri ilə təhqir etmiş və etdiyi əmələ görə jurnalistdən üzr istəməyəcəyini bəyan etmişdi.

1063
Teqlər:
məhkəmə, jurnalist, qərar, idmançı, Kamil Zeynallı, Əfruzə Ağayeva
Əlaqədar
Xalq artistlərinin qarşıdurması məhkəmə müstəvisinə keçir
"Reket" nəşrlər yaratmaqla ittiham olunan baş redaktorun məhkəməsi keçirilib
Əli Həsənovun nəvəsinin məhkəməsi ilə bağlı xüsusi tapşırıq verilib: Buraxmayın!
General məhkəmə qərarına etiraz olaraq canlı yayımda zəhər içdi

Daşkəsəndə itkin düşən şəxslər minaya düşüb, meyitləri tapılıb

20
(Yenilənib 19:39 24.09.2021)
Hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

BAKI, 24 sentyabr - Sputnik. Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meyitləri aşkarlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.

DİN-dən verilən məlumata görə, hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

Xatırladaq ki, sentyabrın 22-də Qazax rayon sakini minaya düşərək həlak olub. Belə ki, Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Həmçinin oxuyun:

* Qazax sakini minaya düşərək həlak olub

* Ağdamda şirkət işçisi minaya düşüb

20
 İnsan silueti, arxiv şəkli

Bu rəzilliyi gördük - Onların budəfəki hədəfi Vətən müharibəsi iştirakçısı olub

7
(Yenilənib 17:09 24.09.2021)
Binə qəsəbəsində Vətən müharibəsində iştirak edən şəxsin pulunu və medalını oğurlayan şəxs saxlanılıb.

BAKI, 24 sentyabr — Sputnik. Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən "Xocavəndin azad olunmasına görə" medalının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, dəfələrlə məhkum olunan Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

7
SOCAR-ın baş ofisi, arxiv şəkli

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

0
(Yenilənib 19:58 24.09.2021)
Rövnəq Abdullayev qonaqların diqqətinə çatdırıb ki, hasilatın pay bölgüsü sazişləri üzrə görülmüş işlərin 95 %-i ölkə daxilində yerli mütəxəssislər tərəfindən icra edilir.

BAKI, 24 sentyabr — Sputnik. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İraqın ölkəmizdə səfərdə olan neft naziri İhsan Əbdül Cabbar İsmailin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

SOCAR-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, SOCAR-ın prezidenti qonaqlara Azərbaycanın qədim tarixə, zəngin ənənələrə malik neft sənayesinin inkişafı barədə məlumat verib, müstəqillik dövründə əldə edilmiş uğurlardan, həyata keçirilmiş möhtəşəm layihələrdən, yaradılmış texnoloji və iqtisadi potensialdan bəhs edib.

Rövnəq Abdullayev qonaqların diqqətinə çatdırıb ki, hasilatın pay bölgüsü sazişləri üzrə görülmüş işlərin 95 %-i ölkə daxilində yerli mütəxəssislər tərəfindən icra edilir.

O, "Əsrin müqaviləsi"nin imzalanmasından ötən müddətdə kadr hazırlığına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Qonaqlar SOCAR-ın tərkibində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin, müxtəlif peşə təhsili məktəblərinin fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.

İraqın neft-qaz sənayesində mövcud vəziyyət haqqında danışan nazir İhsan Əbdül Cabbar İsmail hazırda qarşılarında duran əsas vəzifələrdən bəhs edib, böyük təcrübəyə malik və özünü artıq dünya neft-qaz sənayesində ciddi bir şirkət kimi təsdiq etmiş SOCAR-la əməkdaşlıq etməkdə maraqlı olduqlarını nəzərə çatdırıb.

SOCAR-ın prezidenti əməkdaşlıq üçün geniş imkanlarının mövcud olduğunu, şirkətin istehsalat sahələri və həyata keçirdiyi layihələrlə tanışlıq üçün qonaqlara şərait yaradılacağını bildirib.

0