Qəzaya düşmüş avtomobil. Arxiv şəkli

Turist avtobusu aşdı, ölən yaralananlar var

24
(Yenilənib 11:17 28.12.2017)
İslandiyada turist avtobusu aşıb, ölən və yaralananlar var

BAKI, 28 dekabr — Sputnik. İslandiyanın cənubunda Çindən olan turistləri daşıyan avtobus aşıb.

Sputnik Azərbaycan bildirir ki, APA-nın verdiyi xəbərə görə, yol qəzası paytaxt Reykyavikdən 250 km cənubda baş verib

Hadisə nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb. Qəza zamanı avtobusda təxminən 40 Çin vətəndaşı olub. Xəsarət alanlardan 10-u paytaxt xəstəxanasına çatdırılıb.

İnsidentin səbəbləri müəyyənləşdirilir. 

24