BAKI, 28 dekabr — Sputnik. Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, Ramana qəsəbəsinin Şuşa şəhərciyində qohumlarının evində qalan 2000-ci il təvəllüdlü Həsənov Kamal Ramiq oğlu dərsdən qayıdarkən bıçaqlanıb.
Ona naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.
Qohumlarının dediyinə görə, K.Həsənov Bakıdakı ali təhsil müəssisələrindən birinin tələbəsidir və onlarda müvəqqəti qalır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsində araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.